AZ

"Liverpul" transferdə İstanbul klubuna rəqib oldu

"Atletiko"nun hücumçusu Aleksandr Sörlot karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" norveçli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Teamtalk" məlumat yayıb.

Premyer Liqa nəhəngi Sörlotu zədə səbəbindən uzunmüddətli sıradan çıxan Aleksandr İsakın əvəzləyicisi kimi düşünür. "Qırmızılar" 30 yaşlı forvard üçün yaxın günlərdə İspaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Təcrübəli oyunçu ilə İstanbulun "Fənərbaxça" klubu da yaxından maraqlanır.

Qeyd edək ki, Aleksandr Sörlot bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 25 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi

Seçilən
23
1
sportal.az

2Mənbələr