AZ

Yarmarkalar formal xarakter daşıyır

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Yarmarkalarda birbaşa fermerlərin iştirakına real şərait yaradılmaması bu təşəbbüslərin əsas ideyasını tamamilə puça çıxarır”.

Bu barədə iqtisadçı ekspert Akif Nəsirli Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, kağız üzərində “Kənddən şəhərə” yarmarkaları fermerlərin məhsulunu vasitəçisiz satması, şəhər əhalisinin isə daha ucuz və təzə ərzağa çıxış əldə etməsi üçün nəzərdə tutulur:

“Amma praktikada bu yarmarkalarda fermerləri deyil, bazarlardan tanınan alverçiləri görürük. Qiymətlər də adi bazar qiymətlərindən ciddi şəkildə fərqlənmir. Bu isə yarmarkaların formal xarakter daşıdığını göstərir.Kənddən şəhərə adı cəlbedici səslənsə də, faktiki olaraq bu ad sadəcə simvolik etiketa çevrilib.Fermer məhsulunu özü gətirib satmaq əvəzinə yenə də vasitəçilərdən asılı vəziyyətdə qalır. Onun şəhər bazarına birbaşa çıxışı təmin edilmir.

İqtisadçı ekspertin sözlərinə görə, bu vəziyyət həm fermerin qazancına, həm də istehlakçının cibinə mənfi təsir göstərir:

“Vasitəçilərin çoxluğu qiymət zəncirini uzadır. Nəticədə istehlakçı ucuzluq gözlədiyi yerdə bahalaşma ilə üzləşir, fermer isə məhsulunu layiqli qiymətə sata bilmir. Fermerlər üçün nəzərdə tutulduğu iddia edilən bu layihələrə ayrılan vəsaitlərin necə xərcləndiyi ilə bağlı da ciddi suallar var.Kəndlinin real iştirakı təmin olunmur, prosesin mərkəzində yenə də alverçilər dayanır. Bu isə yarmarkaları əhalinin rifahına xidmət edən mexanizm deyil, sadəcə görüntü naminə təşkil olunan vitrin tədbirinə çevirir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
icma.az

1Mənbələr