AZ

Yaponiyada zəlzələ oldu



Yaponiyanın Hokkaydo sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 239.000 insanın yaşadığı Haçinohe şəhərindən (şimal Aomori prefekturası) 111 km şimal-şərqdə, ocağı isə 62 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi də bildirilməyib.

Fuad
Seçilən
19
11
newscenter.az

10Mənbələr