AZ

2026 cı ildə kredit faizlərinin azalması mümkündür

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 6,75 faizə endirməsi pul-kredit siyasətində yumşalma istiqamətində atılmış ehtiyatlı, lakin mühüm addım kimi qiymətləndirilə bilər”. Bunu Demokrat.az-a açıqlamasında bank məsələləri üzrə mütəxəssis Nahid Rəfail deyib.Onun sözlərinə görə, faiz dəhlizinin həm aşağı, həm də yuxarı həddinin endirilməsi bank sisteminə verilən likvidliyin daha əlçatan olmasına xidmət edir:“Bu qərar kommersiya banklarının Mərkəzi Bankdan daha ucuz resurs cəlb etməsi imkanlarını genişləndirir. Lakin uçot dərəcəsinin azalması avtomatik olaraq kredit faizlərinin dərhal enməsi demək deyil. Bankların kredit faizləri əsasən risklər, inflyasiya gözləntiləri, depozit faizləri və problemli kreditlərin səviyyəsi kimi amillərdən asılıdır”. O deyib ki, hazırkı mərhələdə banklar ehtiyatlı mövqe tutmağa davam edir və faiz endirimləri daha çox mərhələli şəkildə baş verə bilər:“İpoteka və uzunmüddətli kreditlərdə kəskin ucuzlaşma qısa müddətdə real görünmür. Bu qərar daha çox iqtisadi fəallığın dəstəklənməsinə, kreditləşmənin tədricən genişlənməsinə və maliyyə bazarlarında gözləntilərin yumşaldılmasına hesablanıb. Yəni 2026-cı ildə kredit faizlərinin azalması mümkündür, amma bu proses sürətli deyil, mərhələli və selektiv xarakter daşıyacaq”. Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr