AZ

Balotellinin yeni klubu müəyyənləşir - SON DURUM

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu hücum xəttini gücləndirmək üçün diqqətini Mario Balotelliyə yönəldib.

Fanat.Az xəbər verir ki, Səudiyyə təmsilçisi italiyalı hücumçuya 2028-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır.

Hazırda İtaliyanın “Cenoa” klubunun formasını geyinən 35 yaşlı ulduz təcrübəsi və fərdi keyfiyyətləri ilə diqqət mərkəzində qalmaqda davam edir.

İtaliya mətbuatının məlumatına görə, “Əl-İttifaq” rəhbərliyi futbolçunun transferini ciddi şəkildə dəyərləndirir və yaxın müddətdə rəsmi addımlar ata bilər.

 

Seçilən
3
1
fanat.az

2Mənbələr