AZ

Kredit borcunuz avtomatik SİLİNƏCƏK? AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Əgər bank kredit götürən vətəndaşı məhkəməyə verərsə və məhkəmə onun ödəmə qabiliyyətinin olmadığını təsdiqləyərsə, bu halda kredit borcu avtomatik silinmir. Sadəcə olaraq, vətəndaşın borcu ödəmək imkanı olmadığı üçün bankın ona qarşı əlavə təsir mexanizmləri məhdudlaşır". Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, belə vəziyyətdə, əgər borca görə zamin varsa, bank ödənişi zamindən tələb edəcək:"Əgər vətəndaş borc qarşılığında əmlakını girov qoyubsa, həmin əmlaka yönəlik icra tədbirləri görülə bilər. Həmçinin vətəndaşın əlavə əmlakı,  məsələn, birdən çox evi, avtomobili, torpaq sahəsi və ya digər dəyərli mülkləri varsa, borcun tutulması həmin əmlaklar hesabına həyata keçirilə bilər". Vəkil bildirib ki, vətəndaşın heç bir əmlakı yoxdursa, faktiki olaraq bankın ondan borcu tutmaq imkanı qalmır:"İnkişaf etmiş, sivil ölkələrdə bu cür hallarda vətəndaşın özünü müflis elan etməsi mexanizmi mövcuddur. Azərbaycanda isə bu institut hələ tətbiq olunmur. Buna görə də, borclunun real ödəmə imkanı yoxdursa, bank hüquqi baxımdan əlavə addım ata bilmir. Bəzi hallarda bank və ya inkasso qurumları tərəfindən təzyiq, hədələmə və ya qeyri-qanuni üsullara əl atıldığı iddia olunur. Qeyd etmək lazımdır ki, bu cür hallar qanunsuzdur və hüquqi məsuliyyət yaradır". Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
demokrat.az

1Mənbələr