AZ

Tramp Putinə yardım etdi, 24 illik danışığı yaydı

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tramp üçün Putinə açıq dəstək vermək son dərəcədə çətindir və söhbət ilk növbədə Avropa, ABŞ və ələlxüsus respublikaçılar arasında hökm sürən ictimai rəydən gedir. Məhz ictimai rəy birmənalı olaraq Ukraynanın tərəfində olduğuna görə Tramp artıq Rusiyaya açıq dəstəkdən və Ukraynaya təzyiqlərdən yayınır, amma dolayısı yolla “dost Vladimiri” tək qoymamağa çalışır.

Bakupost.az xəbər verir ki, bu iddia ilə politoloq Kamran Cəfərov çıxış edib.

“Diplomatik prosesin son dərəcə intensiv getdiyi bir vaxtda Tramp Putinə informasiya müharibəsində yardım etmək qərarına gəldi və Putinlə Corc Buş arasında aparılmış danışıqların stenoqramlarını məxfilikdən çıxartdı.

2001-ci ildə Putin Corc Buşla söhbət zamanı Ukraynanın NATO-ya üzv olmasının Rusiya ilə ABŞ arasında münaqişə meydanı yaradacağını və uzunmüddətli qarşıdurmaya səbəb olacağını demişdi.

Putin hələ o zaman Ukraynanın “süni dövlət”, Ukrayna əhalisinin "1/3-nin ruslardan ibarət olması" barədə fantaziyalar irəli sürürdü.

Bu stenoqramlarda yeni və ya gizli heç nə yoxdur, lakin onların məhz indi dərc olunması təsadüfi deyil. Tramp bu yolla uzun müddət səsləndirdiyi tezisə haqq qazandırır: əgər Ukrayna Baydenin dəstəyi ilə NATO-ya doğru getməsəydi, müharibə də olmazdı, bu müharibə Zelenski və Baydenin müharibəsidir.

Beləliklə, Tramp Ukraynaya təzyiqi artırır: əgər siz özünüz günahkarsınızsa, deməli, daha böyük güzəştlərə getməlisiniz”, - o bildirib.

Asena,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
www.bakupost.az

1Mənbələr