AZ

Şabalıdın qabığını asanlıqla soymaq üçün sadə taktika

Qış fəslinin gəlməsi ilə küçələr şabalıdın ətiriylə dolur, amma evdə bişirərkən tez-tez partlama problemi yaranır. Şabalıdın içindəki təbii nəmlik istiliklə buxarlanır və qabığın üzərində təzyiq yaranır, nəticədə partlayır.

E-saglam.az xəbər verir ki, ekspertlər deyir ki, şabalıdları partlatmadan bişirmək üçün əvvəlcə qabığını bıçağın iti ucu ilə üfüqi şəkildə kəsmək lazımdır. Bu kiçik dəlik buxarın çıxmasına imkan verir və bişirmə zamanı təhlükəni azaldır.

Əlavə tövsiyə: kəsilmiş şabalıdı təxminən yarım saat ilıq suda isladın. Bu, qabığın yumşalmasına və buxarın bərabər paylanmasına kömək edir. Sobada bişirərkən orta temperatur seçmək, tavada isə qapaq bağlı saxlamaq vacibdir.

Bişirdikdən sonra şabalıd bir az soyuduqdan dərhal qabığını soyun. Beləliklə, qabıq asanlıqla ayrılır və şabalıd həm estetik, həm də dad baxımından mükəmməl olur.

Bu sadə üsullarla qış süfrənizdə şabalıd həm təhlükəsiz, həm də dadlı olacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
23
e-saglam.az

1Mənbələr