AZ

Ağsuda 34 yaşlı kişi arvadının qabırğasını sındırdı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ağsu rayonunda 34 yaşlı kişi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2025-ci il sentyabrın 25-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Əlinin həmin gün saat 14 radələrində evlərində arvadı Mübarizə (adlar şərtidir – red.) arasında söz mübahisəsi baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs şillə ilə arvadını vurub. Nəticədə qadın yıxılaraq sağdan olan qabırğası  sınıb. Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Ağsu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Cinayət işi icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
demokrat.az

1Mənbələr