AZ

“Avropa İttifaqı əkdiyini biçir” Kobaxidze

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belə bir məsəl var: nə əkərsən, onu da biçərsən. İndi Avropa İttifaqının (Aİ) da etdikləri bumeranq kimi özünə geri qayıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin Aİ-nin keçmiş komissarı və bir neçə digər şəxsə tətbiq etdiyi sanksiya barədə danışarkən deyib.

“Əlbəttə, bu yanlış bir praktikadır, amma indi bu yanlış praktikalar Avropa İttifaqına geri qayıdır və bu, bizim üçün çox maraqlıdır. Avropa İttifaqının nümayəndələrinin bu məsələ ilə bağlı hiddətli açıqlamalarını eşitmək də bizim üçün çox maraqlıdır”, – Kobaxidze bildirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
icma.az

2Mənbələr