AZ

Livanda SEPAH-ın yüksək rütbəli komandiri öldürüldü

BAKI, 25 dekabr. TELEQRAF

İsrail Müdafiə Ordusu (IDF) Livana zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinin öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, SEPAH-ın zabiti Hüseyn Mahmud Marşad əl-Coharini Livanın Nabatiya rayonunda avia-zərbə nəticəsində öldürülüb.

Onun SEPAH-ın xarici kəşfiyyat üzrə məsul şəxsi olduğu bildirilir.

Seçilən
68
21
teleqraf.com

10Mənbələr