AZ

Tramp banklara dəstək verdi: “Böyük altılıq” dəyərini artırdı

2025-ci ilin yekunlarına əsasən, ABŞ-ın aparıcı altı bankı – JPMorgan Chase, Bank of America, Citigroup, Wells Fargo, Goldman Sachs və Morgan Stanley – ümumilikdə bazar dəyərlərini 600 milyard dollar artırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə S&P Global məlumat verib.

İlin əvvəlində bu altı bankın ümumi bazar kapitallaşması 1,77 trilyon dollar təşkil edirdisə, hazırda bu rəqəm 2,37 trilyon dollara çatıb. FT-nin sorğu keçirdiyi ekspertlər qiymət artımını ABŞ prezidenti Donald Trampın irihəcmli maliyyə institutlarına qarşı tənzimləyici tələbləri yumşaltmaq siyasəti ilə izah edirlər.

2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ hakimiyyəti bank sektoruna nəzarəti ciddi şəkildə sərtləşdirmişdi. Tələblər kapitalın yetərliliyi, stress-testlərin keçirilməsi, hesabat standartları, borc yükü və kredit siyasəti üzrə ciddi şəkildə gücləndirilmişdi. Lakin son illərdə, xüsusən Trampın hakimiyyətə gəlməsindən sonra, maliyyə sektoruna nəzarət tədricən yumşaldılıb.

“Regulyativ dəyişikliklərin səhmlərin qiymətinə təsiri olduqca əhəmiyyətlidir və bu, az qiymətləndirilə bilməz”, – FT analitik Royal Bank of Canada (RBC) mütəxəssisi Cerard Kessidinin fikrini sitat gətirir.

Seçilən
59
nocomment.az

1Mənbələr