AZ

İrakli Kobaxidze: USAID-ın vəsaitləri ölkəmizdə çox çətin fəaliyyətlərin maliyyələşdirilməsinə sərf olunurdu

Tbilisi, 25 dekabr, AZƏRTAC

Dediklərimiz tam həqiqət idi, Amerika Birləşmiş Ştatları (ABŞ) Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaitləri ölkəmizdəki çox çətin fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilib.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Dövlət katibi Marko Rubionun açıqlamasına münasibət bildirərkən söyləyib.

Hökumət başçısının sözlərinə görə, uzun illər USAID-ın vəsaitlərinin ölkəyə zərərli olan layihələrin maliyyələşdirilməsinə yönəldildiyi barədə danışılıb. “İllərdir dediklərimiz və Rusiyayönümlü adlandırılan bəyanatlar barədə bu gün bu cür layihələri maliyyələşdirən ölkənin rəsmi nümayəndəsi tərəfindən danışılır. Buna uyğun olaraq, hər şey ictimaiyyət üçün aydın olmalıdır. USAID-in vəsaitlərinin ölkəmizdə çox çətin fəaliyyətlərin maliyyələşdirilməsinə sərf edildiyini ictimaiyyət bilməlidir”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiro

Tbilisi

Seçilən
53
2
azertag.az

3Mənbələr