"Turan Tovuz" qış təlim-məşq toplanışı üçün Türkiyəyə yanvarın 4-də yola düşəcək.
Klubdan "Report"a verilən məlumata görə, komanda Antalyanın Belek bölgəsində məskunlaşacaq.
Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək. Baş məşqçi Kurban Berdıyev toplanışda 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Rəqiblərin adları və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.