AZ

Azərbaycanın zorxana və pəhləvan güləşi millisi Dünya Kubokunda uğurla çıxış edib

Hindistanın Nyu-Delhi şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurla çıxış edib.

Gənclər və İdman Nazirliyindən "Far.Az"a verilən məlumata görə, zorxana üzrə komanda yarışlarında millimiz 3-cü yerə çıxıb.

Fərdi mübarizədə isə Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıblar.

Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medal əldə ediblər.

Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu 3-cü pillədə başa vurub.

Seçilən
71
8
far.az

10Mənbələr