Futbol üzrə Azərbaycan I Liqasında XII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Difai" Ağsu şəhər stadionunda "Cəbrayıl"ı qəbul edib. 7 qolun vurulduğu qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 9-a yüksəldən "Difai" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 12 xalı olan "Cəbrayıl" isə 7-ci yerdədir.
"Difai" - "Cəbrayıl" 5:2
Qollar: B.Qurbanov, 1, 18, 45+2, R.Hüseynov, 60, N.Həsənzadə, 81 - D.Açimi, 12, T.Əhmədov, 90+3
saytlarin hazirlanmasi