AZ

Rusiya XİN AZAL təyyarəsi ilə bağlı təhqiqatın tezliklə bitməsinə ümid edir

Rusiya Qazaxıstan komissiyasının Azərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərin faciəni həll edə biləcəyini gözləyir.

"Yeni Salam" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Biz Qazaxıstan komissiyasının təhqiqatını tezliklə başa çatdıracağını gözləyirik və birlikdə bu faciəli hadisə, bu faciə ilə bağlı qalan bütün məsələləri həll edəcəyik. Buna heç kimin şübhəsi olmamalıdır", - Zaxarova brifinqdə deyib.

Diplomat qeyd edib ki, “Rusiya tərəfi bu qurumla sıx əməkdaşlıq edir, ona hər cür lazımi yardım göstərir və Rusiya aviasiya hakimiyyətləri qazaxıstanlı həmkarlarından daxil olan bütün suallara cavab veriblər”.

“Biz bu ilin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Rusiya və Azərbaycan liderləri arasında əldə olunmuş bütün razılaşmaları tam şəkildə yerinə yetirməyə sadiqik”, - Zaxarova vurğulayıb.


Telegram kanalımız
Seçilən
109
36
yenisabah.az

10Mənbələr