AZ

Ərdoğan: “Heç bir türk vətəndaşı zülmə məruz qalmayacaq”

Prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Demokratlar Birliyinin seminarında çıxış edib.

"Cebheinfo.az" xəbər verir ki, dövlət başçısı sərhədlər daxilində və xaricdə yaşayan heç bir türk vətəndaşının zülmə və alçaldılmasına icazə verilməyəcəyini bildirib.

O, Avropadakı türk diasporasının Türkiyəyə verdiyi töhfələri vurğulayaraq, onların uğurlarından qürur duyduqlarını qeyd edib.

Ərdoğan həmçinin müxalifəti diaspora üzvlərinə qarşı təhqir və neqativ ritorikaya görə tənqid edib.

Prezident xaricdə yaşayan türklərə birlik, fəallıq və mədəniyyətlərini qoruma çağırışı edib, onlarla əlaqələrin davam etdiriləcəyini bildirib.

"Cebheinfo.az"

Seçilən
2
2
cebheinfo.az

3Mənbələr