Qızı tərəfindən həyatına son qoyulan müğənni Güllünün ölümü mediada gündəm olmağa davam edir.
Far.Az xəbər verir ki, bu dəfə "Gel Konuşalım" proqramında Güllünün şübhəli ölümü yenidən müzakirə olunub.
Aparıcı Ece Erken hadisə ilə bağlı ortaya çıxan yeni detalları tamaşaçılarla bölüşüb.
O, Güllünün yaxın dostu Özlem Karanın sənətçinin həbs olunan qızı Tuğyan Ülkem Gülter haqqında səsləndirdiyi, böyük səs-küy yaradacaq iddiaları canlı yayımda oxuyub.
Özlem Kara, Güllünün qızı Tuğyanın narkotik maddələrdən istifadə etdiyini deyib. O ona pul vermədiyi təqdirdə anasını nəvəsi Kareni orqan mafiyasına satmaqla təhdid edib. "Uşaq mənimdir. Özüm bilərəm" deyə Tüğyan bildirib.
Sözlərinin davamında Kara iddia edib ki, Güllü qızından qorxurmuş, oğlundan da çəkinirmiş. O həmçinin Güllünün uşaqlarını mirasdan məhrum etmək istədiyini söyləyib.
Aparıcı Ece Erken isə: "Deyilənə görə Güllü, nəvəsini qorumaq üçün evə kamera da quraşdırdırmışdı," deyə bildirib.