Məşhur müğəni Ajda Pekkanın bacısı Semiramis Pekkan hazırda xərçəng xəstəliyi ilə mübarizə aparır.
Far.Az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Təsadüfən müayinə olunan Semiramisin ağciyərində şiş aşkarlanıb. Onun xərçəngə tutulduğu məlum olub.
Semiramis bunun elektron siqaret çəkməsindən qaynaqlandığını bildirib:
"Kimsə elektron siqaretin tüstüsünün qoxusunun gəlmir deyə düşünməsin. Çox zərərlidir. Gənc dostlarım əsla tütündən istifadə etməyin. "Elektron siqretdir!" deyə zərərsiz olduğunu dedikləri siqaret məni məhv etdi!".
"