AZ

Genişmiqyaslı hərbi əməliyyatın başlayacağı tarix açıqlandı

Mərkəzi Afrikada yerləşən Sahel Dövlətləri Alyansı (AES) ölkələri - Mali, Burkina Faso və Niger, bölgədə təsirini artıran “Əl-Qaidə” və İŞİD-lə əlaqəli silahlı qruplara qarşı yaxın günlərdə genişmiqyaslı hərbi əməliyyatlara başlayacaqlarını elan ediblər.

"Cebheinfo.az" xəbər verir ki, Mali paytaxtı Bamakoda keçirilən AES-in ikinci illik liderlər zirvəsində çıxış edən Burkina Fasodakı hərbi rəhbərliyin başçısı və AES-in yeni dövr sədri İbrahim Traore, üç ölkənin yaratdığı ortaq hərbi birliyin sahədəki əməliyyatlara dəstək verəcəyini bildirib.

Niger Prezidenti Abdurrahmane Tiani isə çıxışında alyansın ölkələrdəki bütün işğalçı qüvvələrə son qoyduğunu vurğulayaraq, Fransa və ABŞ-nin ölkədən çıxarılmasına diqqət çəkib: “Artıq heç bir ölkə və ya maraq qrupu bizim ölkələrimiz adından qərar verə bilməz”.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr