AZ

Kupriyanov İranda casusluqda ittiham olunur

İsrail polisi və Təhlükəsizlik üzrə Ümumi Xidmət (ŞABAK) İsrail vətəndaşı Vadim Kupriyanovu İran kəşfiyyatının tapşırıqları əsasında təhlükəsizlik sahəsində cinayətlər törətməkdə şübhəli bilərək saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, İsrail mediasının istintaq məlumatlarına istinadən yaydığı xəbərə görə, Kupriyanov “İran kuratorları” ilə əlaqə saxlayaraq onlar üçün foto və video çəkilişlər həyata keçirib.

O, keçmiş baş nazir Naftali Bennettin evinin yaxınlığında çəkiliş aparıb və kuratorların tapşırığı ilə avtomobil kamerası almağa çalışıb.

Bildirilir ki, son iki ay ərzində Kupriyanov təkcə Bennettin izlənilməsi ilə kifayətlənməyib, eyni zamanda doğulduğu Rişon-le-Çion şəhərində və İsrailin digər bölgələrində yerləşən strateji və mülki obyektlərin şəkillərini çəkərək göndərib. Hər bir məlumat ötürülməsinə görə o, pul köçürmələri alıb.

Kupriyanova İsrailin təhlükəsizliyi əleyhinə cinayətlər və hərbi vəziyyət zamanı xarici agentlə əlaqə saxlamaq kimi ciddi ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Kupriyanovun həbsi keçmiş baş nazir Bennettə qarşı kiberhücum fonunda baş verib. Ötən həftə naməlum hakerlər onun “Telegram” hesabını ələ keçirərək, siyasətçiyə aid minlərlə telefon nömrəsi və yazışmaların yer aldığı 141 səhifəlik arxiv faylını açıq yayıblar.

Seçilən
43
nocomment.az

1Mənbələr