AZ

Zaxarovadan AZAL-ın vurulan təyyarəsi ilə bağlı açıqlama

BAKI, 25 dekabr. TELEQRAF

Rusiya Qazaxıstan komissiyasının yaxın gələcəkdə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı araşdırmasını başa çatdırmasını və faciə ilə bağlı bütün məsələlərin birgə həll olunmasını gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Qazaxıstan komissiyasının yaxın gələcəkdə araşdırmasını başa çatdıracağını və birlikdə bu faciəli hadisə, bu faciə ilə bağlı qalan bütün sualları həll edəcəyimizi gözləyirik. Heç kimin buna şübhəsi olmamalıdır”, - o qeyd edib.

Seçilən
50
teleqraf.com

1Mənbələr