AZ

Ukrayna Rusiyanın neft emalı zavoduna raket zərbəsi endirib

Ukrayna Müdafiə Qüvvələri dekabrın 25-i Rusiyanın Rostov vilayətində yerləşən Novoşaxtinski neft emalı zavoduna (NEZ) "Storm Shadow" qanadlı raketləri ilə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi məlumatına istinadən "RBK-Ukrayna" məlumat yayıb.

Məlumata əsasən, NEZ ərazisində çoxsaylı partlayışlar qeydə alınıb.

Bildirilib ki, hədəf uğurla vurulub.

Rusiyaya dəyən ziyanın miqyası dəqiqləşdirilir.

Seçilən
49
far.az

1Mənbələr