AZ

“Trabzonspor” nigeriyalı müdafiəçinin transferində maraqlıdır

Bakı. Trend:

“Trabzonspor” Avstriyanın “Volfsberq” klubunda çıxış edənÇibuike Nvaivunun transferi üzərində işləyir.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu arxa xəttinmərkəzini gücləndirmək üçün namizədlərdən biri kimi nəzərdənkeçirilir.

Bildirilib ki, onun oyun üslubu və fiziki göstəriciləri Türkiyəklubunun fəlsəfəsinə uyğundur.

Müdafiə xəttinin gücləndirilməsi Stefan Saviç və ArseniyBataqovun davamlı zədələri səbəbindən prioritetə çevrilib. SuperLiqa təmsilçisi nigeriyalı oyunçunu yanvar ayında transfer etməyəçalışacaq.

Qeyd edək ki, Nvaivu cari mövsümdə "Volfsberq"in heyətində bütünturnirlərdə 16 oyuna çıxıb və 1 qola imza atıb.

Məqalədə:
Seçilən
69
az.trend.az

1Mənbələr