
Rusiya Prezidenti Vladimir Putin ABŞ-li həmkarı Donald Trampa Milad bayramı üçün təbrik teleqramı göndərib.Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.Ondan Putinin Trampla cümə axşamı telefon danışığının planlaşdırıb-planlaşdırmadıqları soruşulub."Trampla söhbətin bu gün baş tutacağını düşünmək mümkün deyil, bu gün baş tutmayacaq. Ən azından, bu, hazırda planlaşdırılmayıb. Ancaq Trampa təbrik teleqramı göndərilib",-Peskov bildirib.
İlahə QənbərliMissiya.Az