AZ

Suriyada terror hücrəsinə hücum 3 ölü

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Suriyanın Latakiya əyalətində devrilmiş Əsəd rejiminin keçmiş zabiti Suheil Həsən əl-Həsənlə əlaqəli terrorçu hücrəyə qarşı təhlükəsizlik əməliyyatı keçirilib.

525.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi dövlət televiziya kanalı “Əl-İxbariyyə” məlumat yayıb.

Bildirilib ki, Latakiya əyalətindəki daxili təhlükəsizlik bölmələri "Pələng" ləqəbli və özünü Saraya əl-Cavad adlandıran Suheil Həsən əl-Həsənlə əlaqəli terrorçu hücrəyə qarşı təhlükəsizlik əməliyyatı keçirib. Əməliyyat zamanı partlayıcı qurğular, müxtəlif silah və sursat, hərbi jiletlər müsadirə edilib.

Hücum zamanı bir hücrə üzvünün ələ keçirildiyi və üç nəfərin zərərsizləşdirildiyi, müsadirə edilmiş silah və sursatın, eləcə də əsir götürülmüş şəxsin Terrorla Mübarizə İdarəsinə təhvil verildiyi bildirilib.

Latakiya Daxili Təhlükəsizlik Komandanı, general-mayor Əbdüləziz Hilal əl-Əhməd “Əl-İxbariyyə”yə bildirib ki, terrorçu hücrəni tamamilə məhv etmək üçün səylər göstərilir.

O qeyd edib ki, bu qrup daxili təhlükəsizlik və hərbi məntəqələri hədəfə almaqla yanaşı, sui-qəsdlər, səhra əməliyyatları ilə məşğul olub və Yeni il gecəsi terror aktları planlaşdırıb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr