“Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo “rossoneri”nin çempionluq ambisiyaları barədə danışıb.
Sportal.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu komandaya təcrübəli oyunçuların cəlb olunmasının vacibliyini qeyd edib:
“Hazırkı heyətlə çempion olmaq çətindir. Çünki komandamızda böyük qələbələr təcrübəsinə malik futbolçular azdır. Xüsusilə də söhbət uzun və çətin yol olan çempionatdakı titullardan gedir.
İlk dördlükdə yer almaq "Milan"ın əsas hədəfidir və biz bunu bilirik. Amma şəxsən mən daha artığını istəyirəm. Mövsümü 10 ballıq keçirmək imkanı varsa, altı-yeddi balla kifayətlənmək olmaz.
"Milan"ın digər oyunçularına deyirəm ki, biz çempion təfəkkürünə sahib olmalı və mümkün qədər yuxarı qalxmağa çalışmalıyıq. Mənim kimi təcrübəli futbolçuların vəzifəsi az təcrübəli komanda yoldaşlarına qalib gəlməyin nə qədər xoş olduğunu anlatmaqdır".
Qeyd edək ki, "Milan" A Seriyasında 15 turdan sonra 32 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "inter"dən 1 xal geri qalırlar..
saytlarin hazirlanmasi