ain.az bildirir, Azertag portalına istinadən.
Xaçmaz, 25 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qudyalçayın Xaçmaz rayonu ərazisindən keçən hissəsində monitorinqlər aparılıb və aşkarlanan məişət tullantılarının daşınması təmin edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun əlaqədar təşkilatları tərəfindən rayon ərazisində təmizliyin təmin olunması və ətraf mühitin mühafizəsi məqsədilə ardıcıl tədbirlər görülür. Rayon ərazisindən keçən çayların sahillərində və çay yataqlarında mütəmadi olaraq təmizlik işləri aparılır. Bunun üçün əraziyə aidiyyəti qurumların canlı qüvvəsi və texnikası cəlb olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.