Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4 milyard 736 milyon 63 min ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,7% çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına ən çox investisiya yatıran 10 ölkə bunlar olub:
Ölkələr | Məbləğ (dollar) |
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı | 1,2 milyard |
Türkiyə | 911,9 milyon |
Kipr | 543 milyon |
İsveçrə | 284 milyon |
İran | 272 milyon |
Macarıstan | 260,6 milyon |
BƏƏ | 257,7 milyon |
Rusiya | 181,2 milyon |
Yaponiya | 172,1 milyon |
ABŞ | 133,2 milyon |
Fransa | 94,4 milyon |
Bizi sosial şəbəkələrdən izləyin!!