AZ

Polis Məşhur Məmmədovu belə saxladı: "Mən sənin üçün vətandaş deyiləm!" - VİDEO

Polis Məşhur Məmmədovu belə saxladı: "Mən sənin üçün vətandaş deyiləm!" - VİDEO

Məşhur Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərkən DYP tərəfindən saxlanılıb

Milli Məclisin deputatı Məşhur Məmmədovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılmasının görüntüləri yenidən sosial mediada gündəm olub.

AFN.az Yenicag.az-a istinadən xəbər verir ki, bir neçə il öncəyə məxsus video sosial mediada yenidən gündəmə gəlib.

Belə ki, DYP əməkdaşları reyd zamanı deputatın idarə etdiyi avtomobili saxlayır və Məşhur Məmmədovun sürücülük vəsiqəsinin olmadığı üzə çıxır. Deputat yol polisi əməkdaşına hazırda sürücülük vəsiqəsinin özündə olmadığını, lakin qısa zamanda oğlunun gətirə biləcəyini bildirir.

Lakin DYP əməkdaşı “gecənin bu vaxtı sizin oğlunuzu gözləməliyik?” deyərək millət vəkilinə etiraz edir.

Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd etdiyi görünür. Həmin şəxs polisin ona “vətəndaş” deyə müraciətinə: “Mən sənin üçün vətəndaş deyiləm, bağırma” – deyə reaksiya verib.

Görüntülərdən reydin payız və ya qış aylarında keçirildiyi görünür.

Qeyd edək ki, Məşhur Məmmədov Milli Məclisin iri ranqlı biznesmen deputatlarından biri hesab edilir.

Seçilən
38
1
afn.az

2Mənbələr