AZ

“TRIPP çərçivəsində işlərə gələn ilin ikinci yarısında başlanacaq” Paşinyan

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Biz 2026-cı ilin ikinci yarısında TRIPP ("Tramp marşrutu") çərçivəsində işlərin görülməsinə başlayacağıq”. 

525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə deyib.

O, layihə çərçivəsində ilk işlərin dəmir yolunun tikintisi ilə bağlı olacağını deyib:

"Bizim fikrimizcə, dəmir yolu birinci olmalıdır, çünki müvafiq marşrutlar bu hissədə əvvəl fəaliyyət göstərib".

O, qaz və neft kəməri layihəsinin planlaşdırılandan daha tez başa çatacağı ehtimalını istisna etməyib.

Baş nazir layihə çərçivəsinin hazırda formalaşdırıldığını və Ermənistan və ABŞ-ın müvafiq sənədi imzalamağa hazırlaşdığını, bundan sonra TRIPP layihəsinin növbəti mərhələsinin başlayacağını bildirib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
525.az

1Mənbələr