AZ

Saxta içkilər aşkar edildi: Vətəndaş bayram günləri nələrə diqqət etməlidir?

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Hazırda spirtli içkilər bazarı ciddi şəkildə çirklənmiş vəziyyətdədir. 2016-cı ildə spirtli içki istehsalı üçün lisenziyaların ləğv edilməsindən sonra nəzarət zəifləyib. Həmin dövrdə təxminən 4-5 istehsal müəssisəsi var idisə, hazırda onların sayı 50-ni keçərək 60-a yaxınlaşıb. Bu isə saxta spirtli içkilərin istehsalının kəskin artmasına səbəb olub".Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib."Nəticədə bazarda keyfiyyətli və qanuni fəaliyyət göstərən istehsalçılar ciddi çətinliklərlə üzləşiblər. Halbuki Azərbaycanda keyfiyyətli spirtli içki istehsalı mümkündür və bunun nümunələri beynəlxalq səviyyədə də tanınıb.

Spirtli içkilər bazarının təmizlənməsi istiqamətində ən effektiv addımları Daxili İşlər Nazirliyinin müvafiq strukturları atır. Bir sıra hallarda restoran və ticarət obyektlərində satılan içkilərin saxta olduğu aşkarlanıb və hüquqi tədbirlər görülüb. Bu fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var".Ekspert deyib ki, istehlakçılar məhsul alarkən buraxılış tarixinə, son istifadə müddətinə və aksiz markasının olmasına diqqət etməlidirlər:"Aksiz markası olmayan spirtli içkilər qanunsuzdur. İstehlakçının məhsulun mənşəyini təsdiqləyən sənədi satıcıdan tələb etmək hüququ var.

Buna baxmayaraq, bazardakı vəziyyət hələ də ağırdır. Müvafiq qurumlara edilən müraciətlərə rəğmən, hələlik ciddi və sistemli tədbirlər görülmür. Nəticədə istehlakçı hüquqları pozulur və insanlar sağlamlıq üçün təhlükəli məhsullarla üz-üzə qalırlar".Qeyd edək ki, Cəlilabadda saxta spirtli içki istehsal edən müəssisə aşkarlanıb. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr