AZ

Sevgilisi ilə birgə ərini öldürmüşdü: Hakim qarşısına çıxdılar VİDEO

Lent az saytına istinadən ain.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın CM-nin 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah edilib.Daha sonra Zahir Soltanov sərbəst ifadə verib. O bildirib ki, Zabrat qəsəbəsində yaşayıb:

"Avqustun 8-də İkram Piriyev WhatsApp tətbiqi ilə mənə nalayiq ifadələr yazdı. Bundan əsəbiləşərək dostlarımdan ayrılıb evə qayıtdım. Qonşum məni görərək, öz evinə çağırdı. Aramızda mübahisə yarandı. Üzərimdəki bıçaqla ilk xəsarəti yetirəndən sonra, ona xatırlamadığım sayda zərbələr endirdim. Yaralanan şəxs zala çıxaraq, döşəməyə yıxılıb hərəkətsiz qaldı. Cinayətin izini gizlətməkdən ötrü mərhumun mobil telefonunda olan axırıncı yazışmalarını sildim. Ordan çıxaraq, öz evimə getdim. Bıçağı mətbəx otağına atıb paltarlarımı dəyişdim. Sonra Leylanın ağlamaq səsini eşidib çölə çıxanda, ona dedim ki, yaxınlıqda yaşayan öz anasını çağırsın. Anası gələndən sonra 102 xidmətinə zəng edib məlumat verdik. Bundan sonra 15-ci polis şöbəsində törətdiyim cinayəti etiraf etdim". İfadəsinin davamında Zahir Soltanov göstərib ki, İkramın onu söyməsinə səbəb, onun Leyla ilə münasibətdə olması olub:

"Belə ki, təxminən 5-6 ay əvvəl İkram arvadının mobil telefonunda yazışmamızı görüb. Hətta bir dəfə evimə gələrək, mənimlə mübahisə edib. Bundan başqa, küçədə hər dəfə məni görəndə təhqir edirdi. Hər dəfə Leyla ilə yazışanda, İkramı gec-tez öldürəcəyimi deyirdim. Qadın isə buna etiraz edirdi. Leyla ilə 2024-cü ilin noyabr ayından yaxın münasibətdəyik. Leyla İkramla boşanmaq istəsə də, əri razılaşmırdı".Məhkəmənni növbəti iclası yanvarın 15-nə təyin edilib.2025-ci il avqustun 9-da DİN məlumat yayıb ki, 29 yaşlı İkram Piriyev Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilib. 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində 2005-ci il təvəllüdlü Zahir Soltanov saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
2
lent.az

3Mənbələr