AZ

Kim Conq Un məqsədinə çatdı - FOTO

Şimali Koreya ilk nüvə enerjili dənizaltı gəmisini inşa etdiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumatına görə, Pxenyan hökuməti, sözügedən dənizaltının ABŞ Hərbi Dəniz Qüvvələrindəki Virginia sinifli nüvə hücum dənizaltıları ilə bənzər ölçüdə olduğunu iddia edib.

Nüvə enerjili dənizaltı inkişaf etdirmək Kim Conq Unun uzun müddətdir dilə gətirdiyi məqsədlərdən biridir. Kim bu layihəni ilk dəfə 2021-ci ildə hakim partiyanın konqresində gündəmə gətirmişdi. Mütəxəssislərin fikrincə, Cənubi Koreyanın da nüvə enerjili dənizaltı inkişaf etdirməsi üçün ABŞ tərəfindən yaxın zamanlarda dəstək verilməsi, Pxenyan rəhbərliyinin bu layihəyə sürət verməsində təsirli olub.

Nüvə enerjili dənizaltılar adi dənizaltılara nisbətən əhəmiyyətli üstünlüklərə malikdir. Bu tip dənizaltılar kifayət qədər qida və ərzaq təmin edildiyi təqdirdə illərlə su altında qala bilir. Halbuki dizel mühərrikli dənizaltılar, batareyalarını yükləmək üçün mütəmadi olaraq su üzünə çıxmaq məcburiyyətindədir.

Qeyd edək ki, hazırda bu texnologiyaya yalnız ABŞ, Rusiya, Çin, Fransa, Birləşmiş Krallıq və Hindistan sahibdir.

Seçilən
13
manset.az

1Mənbələr