AZ

Zelenskidən Milad qarğışı: Gorbagor olsun!

Bu gün bütün ukraynalıların ümumi arzusu var.

"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Milad təbrikində bildirib.

O deyib: "Hamımızın bir arzusu var. Hamımız ürəyimizdə bir arzu tutur: "Gorbagor olsun!" . Amma biz Tanrıya üz tutanda, təbii ki, daha çox şey diləyirik. Biz Ukrayna üçün sülh diləyirik. Bunun üçün mübarizə aparırıq. Bunun üçün dua edirik. Buna layiqik".

Zelenski ukraynalıların kimə ölüm arzuladığını dəqiqləşdirməyib, lakin “Kyiv Independent” onun təxminən 4 ilə yaxındır Ukraynaya qarşı müharibə aparan Vladimir Putini nəzərdə tutduğunu ehtimal edib.

Kreml Zelenskinin sözlərinə cavab verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna liderinin bəyanatını “mədəniyyətsiz” və “qıcıqlı” hesab edib və onu “bir qədər qeyri-adekvat insan”la müqayisə edib. 


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr