AZ

Peskov: ABŞ-nin sülh planı Rusiyada təhlil olunur

BAKI, 25 dekabr. TELEQRAF

Kreml Mayamidə keçirilən danışıqların nəticələri ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə təqdim olunan məlumatları təhlil etməyə davam edir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Putinə çatdırdığı məlumatlar hazırda diqqətlə araşdırılır:

"Biz Dmitriyevin Putinə təqdim etdiyi materialı təhlil edirik. Daha sonra dövlət başçısının qəbul edəcəyi qərarlardan asılı olaraq amerikalılarla təmaslarımızı davam etdirəcəyik".

Seçilən
6
teleqraf.com

1Mənbələr