Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Döş xərçənginə qalib gəlmiş Böyük Britaniyanın 106 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzunömürlülüyün ən sadə sirrini bölüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Kent Onlayn" nəşri yazır.
Kent qraflığının Hayt şəhərindən olan Marqaret Hart 19 dekabr 1919-cu ildə anadan olub. İkinci Dünya müharibəsi illərində təcili tibbi yardımda tibb bacısı kimi çalışıb. Müharibədən sonra isə həyat yoldaşı ilə birlikdə özlərinə məxsus köşkdə mətbuat məhsullarının satışı ilə məşğul olublar. Daha sonra Hart dəbli geyim mağazası açıb. O etiraf edib ki, həmin vaxt modadan heç nə bilmirmiş və hər şeyi sıfırdan, özü öyrənib.
Marqaret Hartın həyat yoldaşı ilə iki övladı olub. Hazırda onun üç nəvəsi və beş nəticəsi var.
Uzunömürlü qadın bildirib ki, xüsusi bir uzunömürlülük sirri yoxdur.
“Sadəcə nəfəs almağa davam edin”, - deyə o, uzun ömrünün səbəbi ilə bağlı sualı zarafatla cavablandırıb.
Britaniyalı qadına 99 yaşında döş xərçəngi diaqnozu qoyulsa da, ruhdan düşməyib və nəticədə xəstəliyə qalib gəlib.
Yaşının çox olmasına baxmayaraq, Marqaret Hart aktiv həyat tərzi sürür, yemək bişirməyi sevir, bağçılıqla məşğul olur və rəfiqələri ilə alış-verişə gedir.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.