ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Paytaxtda fəaliyyət göstərən "Olivia" mağazalar şəbəkəsinin İnşaatçılar filialında müştərilərdən biri onlayn sifariş zamanı problem yaşayıb.
Redaktor.az xəbər verir ki, müştəri bu barədə feysbukda paylaşım edib.
O bildirib ki, dünən "Wolt" vasitəsilə əl kremi sifariş edən müştəri məhsulu əldə etdikdə, məhsulun deffektli olduğu üzə çıxıb. Məhsulun başlıq hissəsi görünmədiyi və açılmadığı bildirilib.
Müştəri kuryerlə əlaqə saxladıqda isə problem absurd formada kuryerin boynuna atılıb. Bundan sonra mağazaya yazılan mesajlara isə cavab verilməyib. Wolt şirkəti mağazadan video görüntülərin əldə ediləcəyini bildirib, lakin hələlik nəticə yoxdur.
Məsələ 3-5 qəpiklik bir problem olmasa da, müştəri online sifarişlərə belə məsuliyyətsiz yanaşmanı tənqid edib. Onun sözlərinə görə, məsuliyyətin üzərindən atılması və səhvlərin mağazanın tərəfi kimi qəbul edilməməsi müştəriləri narazı salır.
Müştəri iddia edir ki, əgər məhsulu canlı alıcıya satsaydılar, belə bir deffektli krem satıla bilməzdi, amma online sifariş zamanı məsuliyyət daha az olduğu üçün məhsul “ələ çıxardaq” prinsipi ilə göndərilib.
Nuriyyə NATİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.