İstanbul polisi Milad və Yeni il tətillərində hücumlar planlaşdıran İŞİD terror qruplaşması ilə əlaqəli 137 şübhəlini saxlayıb.
Azreform.info xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
İstanbul Baş Prokurorluğunun açıqlamasında deyilir: "İŞİD terror təşkilatının ölkəmizdə, əsasən qeyri-müsəlmanlara qarşı hücumlar planlaşdırdığı barədə məlumatdan sonra İstanbul Polisi Terrorla Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində əyalət üzrə 124 ünvanda eyni vaxtda həbs, axtarış və müsadirə əməliyyatları həyata keçirilib. Nəticədə tapançalar, sursat və çoxsaylı İŞİD sənədləri müsadirə edilib. 137 şübhəli saxlanılıb və qalan şübhəlilərin tutulması əməliyyatı davam edir".
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, istintaq zamanı 137 şübhəlinin münaqişə zonaları ilə əlaqə saxladığı və bəzilərinin terrorizm ittihamları ilə əlaqədar həm milli, həm də beynəlxalq səviyyədə həbs qərarı verildiyi müəyyən edilib.
Mürtəza