AZ

ABŞ tarixində ikinci ən böyük lotereya mükafatı öz qalibini tapdı

ABŞ tarixində ikinci ən böyük lotereya mükafatı olan 1,817 milyard dollarlıq Powerball cekpotunun qalibi Arkanzasdan olan bir şəxsdir.

Turkustan.az xəbər verir ki, Powerball Product Group-un açıqlamasına görə, ABŞ-ın Arkanzas ştatında adı açıqlanmayan bir şəxs 46 həftə ardıcıl olaraq oynanan Powerball lotereyasında 1,817 milyard dollarlıq cekpotu qazanıb.
Bu məbləğ ABŞ tarixində ikinci ən böyük lotereya mükafatı kimi qeydə alınıb.

Yeni ildən əvvəl keçirilən lotereya tirajında ​​uduşlu rəqəmlər 4, 25, 31, 52, 59 və 19 olaraq elan edildi.

Şanslı qalib vergilərə tabe olmaqla 834,9 milyon dollarlıq birdəfəlik ödəniş və ya 30 il müddətinə illik ödəniş arasında seçim edə biləcək.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
42
turkustan.az

1Mənbələr