Xankəndi. Trend:
Xankəndi şəhərində yaradılan Zəfər parkı, Azərbaycan xalqınıntarixi ədalətin bərpası və ərazi bütövlüyünün qorunması uğrundagöstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətənmüharibəsi zamanı qazandığı möhtəşəm qələbəni əks etdirir.
Bunu Trend-inyerli müxbirinə bu gün Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqişəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızıbildirib.
Onun sözlərinə görə, Zəfər parkının ümumi sahəsi 9 hektardır.Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb:
"Pilləkənlərin mərkəzi hissəsində quraşdırılmış lövhələrdəmüharibənin gedişi barədə məlumatlar və azad olunmuş yaşayışməntəqələrinin adları qeyd edilib. Həmçinin, 2023-cü ildəkeçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirənməlumatlar da lövhələrdə yer alıb".
O qeyd edib ki, Zəfər tağının hündürlüyü, Vətən müharibəsigünlərinin sayına uyğun olaraq rəmzi şəkildə 44 metr təşkil edir.Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü iləəlaqəli 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.Doqquzuncu mərtəbədə isə "Zəfər qalereyası" adlı sərgi-nümayiş zalıyaradılıb.
"Parkın ərazisində geniş abadlıq və quruculuq işləri aparılıb,fəvvarələr yaradılıb, işıqlandırma və musiqi sistemləriquraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasınaxüsusi diqqət yetirilib. Ümumilikdə, parka 500-dən çox ağac və 11mindən artıq kol və gül əkilib.
Zəfər parkı həm Xankəndi sakinlərinin, həm də qonaqların asudəvaxtlarını səmərəli keçirmələrinə imkan yaradacaq. Bu parkınyaradılması, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyatakeçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla davametdiyini göstərir", - qurum rəsmisi əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım MehribanƏliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışındaiştirak ediblər.