“Milan”ın sabiq hücumçusu, hazırda isə klub sahiblərinin müşaviri və ictimai siması olan Zlatan İbrahimoviç UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovla görüşüb.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Zlatan və Həbibin gülümsəyərək qol güləşi etdikləri görünür. Daha sonra aralarında belə bir dialoq baş verir:
Həbib: “Nə hiss edirsən?”
Zlatan: “Mən ruhu hiss edirəm”.
Qeyd edək ki, ulduzların görüşündə “Monako”nun yarımmüdafiəçisi Pol Poqba da iştirak edib.
Heybət