AZ

"Barselona" "Mançester Yunayted"dən 120 milyon avro tələb edir

"Barselona"nın futbolçusu Rafinya İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İspaniya çempionu Rafinyanı yalnız bir halda sata bilər. Belə ki, klub 120 milyon avrodan yüksək olan təklifi dəyərləndirə bilər.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən 58 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi

Seçilən
32
sportal.az

1Mənbələr