Rusiyada GÜCLÜ ZƏLZƏLƏ
Ajans.az xəbər verir ki,bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 15:22-də (Bakı vaxtı ilə 10:22) baş verib. Yeraltı təkanların episentri Kurilsk şəhərindən təxminən 121 kilometr cənub-şərqdə yerləşib. Həmin ərazidə təxminən 1600 nəfər yaşayır. Məlumata görə, zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub. Dağıntılar və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.