AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin Rusiya tərəfindən vurulmasından bir il keçsə də, Moskva Bakının haqlı tələblərini hələ də icra etməyib.
Azərbaycanın Rusiya qarşısında tələbi dəyişməz olaraq qalır: baş vermiş qəzaya görə üzrxahlıq edilməli; təzminat ödənilməli; günahkarlar cəzalandırılmalıdır.
Bu ilin 9 oktyabrına qədər Moskva bu tələblərindən yayınmaq üçün müxtəlif variantlara əl atırdı:
- Təyyarənin vurulması faktını gizlətməyə çalışdı;
- Məsuliyyəti yayınmaq üçün Ukraynanı günahlandırdı;
- Qazaxıstanın apardığı istintaq prosesinə müdaxiləyə cəhd etdi;
- Azərbaycanın geri çəkilməsi üçün həm media, həm siyasi müstəvidə təzyiq kampaniyaları aparıldı, kiberhücumlara əl atdı.
Bakını geri çəkilməməsi və regionda yaranmış şərtlər, xüsusilə Zəngəzur dəhlizi mələsində Rusiyanın uğursuzluğu Moskvanı “təslim olmağa” məcbur etdi. 9 oktyabrda Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü AZAL-la bağlı problemi nəzəri baxımdan həll etdi: Putin Əliyevin tələbini qəbul etdi; təzminatın ödəniləcəyini və günahkarın cəzalandırılacağını dedi, yenidən üzrxahlıq etdi.