AZ

ABŞ da maraqlı qış ənənələri: şimal maralı, Skandinaviya inancları və sehrlər

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Santa Klausun maralları ilə bağlı məşhur əfsanə ilk baxışdan sadə nağıl təsiri bağışlasa da, əslində onun kökləri Şimali Avropanın qədim inanclarına, şimal marallarının insan həyatındakı real roluna və sonradan formalaşan Milad ənənələrinə dayanır. Məhz bu müxtəlif mədəni qatların birləşməsi bu gün bildiyimiz Milad obrazını formalaşdırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şimali Avropa ölkələrində, Finlandiya, Norveç, İsveç və Laplandiya bölgəsində şimal maralı əsrlər boyu insanların həyatında mühüm yer tutub. Şimalın yerli xalqı olan saamlar üçün maral sadəcə qida və ya nəqliyyat vasitəsi deyil, təbiət ruhları, səma və aləmlərarası keçidlə əlaqələndirilən müqəddəs bir varlıq sayılıb.

Bu səbəbdən qışla bağlı mif və əfsanələrdə maral tez-tez böyük məsafələri qət edə bilən, səmada hərəkət edən və insanı soyuq, qaranlıq və çovğunlar içindən keçirən bir varlıq kimi təsvir olunub. Sonradan bu təsəvvürlər Santa Klausun Milad gecəsi səfəri haqqında yaranan mifin ayrılmaz hissəsinə çevrilib.

Marallar niyə “uçur”

Şimal xalqlarının inanclarına görə, qış dövrü aləmlər arasındakı sərhədlərin incəldiyi zaman hesab olunurdu.

Şamanlar inanırdılar ki, heyvan ruhları insanlara real dünya ilə tanrılar aləmi arasında səyahətdə kömək edə bilər. Bu inanclarda şimal maralı tez-tez yolgöstərən rolunu oynayırdı.

Folklor tədqiqatçılarının fikrincə, məhz bu mədəni qat Santa Klausun marallarının səmada uça bilməsi ilə bağlı təsəvvürlərin əsasını təşkil edib. Zamanla bu inanclar xristian Milad ənənələri ilə birləşərək müasir əfsanəyə çevrilib.

Santa Klausun marallarının adları – tam siyahı

Amerika Milad ənənəsinə görə, Santa Klausu əvvəlcə səkkiz maral müşayiət edib, daha sonra isə onlara doqquzuncu maral – Rudolf qoşulub.

Səkkiz əsas maral bunlardır:

Dasher – “Sürətli”

Dancer – “Rəqqas”

Prancer – “Qürurlu” və ya “Qamətli”

Vixen – “Hiyləgər”

Comet – “Kometa”

Cupid – “Amur”, sevgi simvolu

Donner – “İldırım səsi”

Blitzen – “Şimşək”

Bu adlar sürət, güc və təbiət hadisələrini simvolizə edir. Əfsanəyə görə, məhz bu xüsusiyyətlər Santa Klausun Milad gecəsi bütün uşaqlara hədiyyə çatdırmasına imkan yaradır.

Doqquzuncu maral – Rudolf isə 1939-cu ildə ABŞ-da yaranıb və dumanlı gecədə yolu işıqlandıran qırmızı burnu sayəsində qısa müddətdə ən məşhur Milad maralına çevrilib.

Mütəxəssislər qeyd edirlər ki, Santa Klausun maralları haqqında əfsanə sadəcə uşaq nağılı deyil, minilliklər boyu formalaşmış inancların və mədəniyyətlərin bir simvoludur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
lent.az

1Mənbələr