AZ

"Ali təhsildə proqramlar yenilənir"

Ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının iştirakı ilə yaradılmış komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə tədris proqramları yenilənib. Növbəti mərhələdə bu yanaşmanın bakalavriat səviyyəsində də tətbiqi planlaşdırılır. Metbuat.az xəbər verir ki, bunu Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib. Onun sözlərinə görə, ali təhsilin əlçatanlığının artırılması nazirliyin əsas strateji prioritetlərindən biridir. Qeyd olunub ki, cari tədris ilində ali təhsilin bütün səviyyələrində təhsil alanların sayı 76 min nəfərə çatıb.

S.Rzayev vurğulayıb ki, 2027–2030-cu illər üçün əsas hədəf ali təhsildə keyfiyyət göstəricilərinin daha da yüksəldilməsidir və bu istiqamətdə sistemli islahatlar davam etdiriləcək.

Seçilən
7
1
metbuat.az

2Mənbələr