ABŞ-nin məşhur "Powerball" lotereyasının 1,817 milyard dollarlıq cekpotu udulub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 24 dekabr tarixində keçirilən tirajda Arkanzas ştatından olan sakin böyük uduşun sahibi olub. Cekpotun nağd ödəniş (cash option) məbləği 834,9 milyon dollar təşkil edir.
Son bilet satışları ilə birlikdə cekpot 1,817 milyard dollara yüksəlib. Bu göstərici "Powerball" tarixində bu ilin ən böyük uduşu, ABŞ lotereya tarixində isə ikinci ən böyük cekpot kimi qeydə alınıb.
Şanslı bilet sahibi 1,817 milyard dollar məbləğində illik ödənişli (annuitet) və ya 834,9 milyon dollar birdəfəlik ödəniş arasında seçim edə biləcək. Hər iki məbləğ vergilər tutulmazdan əvvəlki göstəricidir. Annuitet seçilərsə, qalib əvvəlcə bir ilkin ödəniş alacaq, daha sonra isə hər il 5 faiz artımla 29 il ərzində ödənişlər davam edəcək.
Gülayə Mecid