AZ

Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yolu xətlərini öz hesabımıza təmir etməyə hazırıq - Paşinyan

Bakı. Trend:

Əgər Rusiya tərəfinin Azərbaycan və Türkiyə ilə sərhəddəyerləşən dəmir yolu sahələrinin bərpası ilə bağlı qəfil hər hansıproblemləri yaranarsa, Ermənistan hökuməti onları konsessiyaidarəçiliyindən geri götürməyə və dövlət büdcəsi hesabına təmiretməyə hazırdır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri NikolPaşinyan jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyigörüşü şərh edərkən bildirib.

Bundan əvvəl Nikol Paşinyan Sankt-Peterburqda Rusiya PrezidentiVladimir Putinlə görüşdə Azərbaycan ərazisi vasitəsilə RusiyadanErmənistana dəmir yolu qatarlarının göndərilməsini tarixi hadisəadlandırmışdı. Onun sözlərinə görə, bu, yeni imkanlar açır və artıqErmənistanın bəzi digər dəmir yolu sahələrinin, xüsusilə İcevan,Arazdəyən və Qarakilsə rayonlarında yerləşən hissələrin bərpasıgündəliyə daxil edilib.

“Biz hesab edirik ki, hazırkı mərhələdə Tavuş bölgəsində, ən azıİcevan stansiyasına qədər, təmir işləri aparılmalıdır. HəmçininQarakilsə rayonunda - Türkiyə sərhədindən mövcud dəmir yolu xəttinəqədər olan sahə bərpa edilməlidir. Eləcə də Ermənistan–Azərbaycansərhədindən Arazdəyənə qədər olan hissə. Ümid edirik ki, rusiyalıtərəfdaşlarımız bu işləri maksimum qısa müddətdə həyatakeçirəcəklər”, – deyə Paşinyan bildirib.

Məqalədə:
Seçilən
45
2
az.trend.az

3Mənbələr